Bakının iki məşhur gecə klubunun rəhbərləri həbs olundu (FOTOLAR)

Bakının iki məşhur gecə klubunun rəhbərləri həbs olundu (FOTOLAR)
Bakının Nərimanov rayonunda "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Ann.az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

"İnfiniti” gecə klubunun rəhbərliyi - Samiq Babayev, Jamal Nasser, "Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 





www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti