Bakıdan Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq ölüb

Bakıdan Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq ölüb
Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

"Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 16 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti