Bakıdakı marafonun qalibi məlum oldu

Bakıdakı marafonun qalibi məlum oldu

Bakıdakı marafonun qalibi məlum oldu
"Bakı Marafonu 2018"in qalibi müəyyənləşib.
 
Ann.az xəbər verir ki, finişə ilk çatan ukraynalı İqor Oletirenko (1990-cı il təvəllüd) olub. İkinci yerin sahibi iranlı Məhəmməd Cəfərdi (1990). Türkiyəli Ömər Alkanoğlu (1991) isə ilk üçlüyü tamamlayıb.
 
Qadın kateqoriyası üzrə qalib türkiyəli Çelik Fadime (1986-cı il təvəllüdlü) finişə birinci çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavskadır (1971). İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova (1993) tamamlayıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də "Bakı Marafonu 2018” keçirilir. "Küləyə qalib gəl” şüarı altında keçirilən marafon ardıcıl üçüncü ildir təşkil olunur.

Bu dəfəki marafonda prezidentin qızları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edib. "Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. "Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

www.ann.az

Xəbər lenti