Bakıdakı bu prestijli məktəbdə təhsil ödənişsizdir (VİDEO)

Bakıdakı bu prestijli məktəbdə təhsil ödənişsizdir (VİDEO)
2019/2020-ci tədris ili üçün S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası V-VIII siniflərə şagird qəbulu elan edir. 

Sənədlərin qəbulu 05.04.2019-cu il tarixdən başlayaraq, 24.05.2019-cu il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 16:00-dəkgimnaziyada aparılır.

İmtahan 26 may 2019-cu il tarixdə saat 10:00-da başlanır. İmtahan binasına bir saat əvvəl gəlmək tələb olunur.

İmtahan fənləri: 

Azərbaycan dili, riyaziyyat, məntiq

Tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti. (doğum haqqında şəhadətnamə qəbul olunmur)

2. 3x4 ölçüdə 4 ədəd fotoşəkil

Ünvan: F.Yusifov 39, Nərimanov metrosunun yaxınlığı
Əlaqə telefonu: (012) 567-22-17

Qeyd edək ki, öz yataqxanası olan, şagirdlərin gündəlik yeməklə təmin olunduğu bu Gimnaziyada təhsil dövlət hesabınadır. Gimnaziyanın şagirdləri yerli vəbeynəlxalq fənn olimpiadalarında dəfələrlə qalibiyyət əldə ediblər.
 


www.ann.az

Xəbər lenti