Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq (XƏRİTƏ)

15 Noyabr 2019, 11:47
15 Noyabr
2019
11:47
387
Bakı metropoliteni xəttlərinin konseptual inkişaf sxeminə uyğun olaraq yeni stansiyalar tikilir.
Ann.az xəbər verir ki, perspektiv plana əsasən, ümumi uzunluğu 28,5 km olacaq mövcud Qırmızı xətt Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinədək uzanacaq. 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Layihədə "İçərişəhər” stansiyasından sonra 4, "Həzi Aslanov” stansiyasından sonra 2 stansiyanın inşası nəzərdə tutulub.
Ümumi uzunluğu 41,8 km olacaq Yaşıl xətt Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq xəttin hazırda 10 stansiyası istismardadır. Xəttin bir elektrik deposu inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.
Perspektiv inkişaf planına uyğun olaraq, "28 May” stansiyasının layihəsini dəqiqləşdirərək yenidən qurulmasının başa çatdırılması ilə mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması onların hər birində qatarların sərbəst hərəkətinin təşkili nəzərdə tutulub.
Uzunluğu 18,5 km olacaq Bənövşəyi xətt Xocəsən qəsəbəsindən başlayaraq Qaraçuxur qəsəbəsinədək uzanacaq. Metropolitenin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin "Avtovağzal” və "Memar Əcəmi” stansiyaları 2016-cı il aprel ayının 19-da sərnişinlərin istifadəsinə verilib. Bu xətt üzrə 6-sı keçid olmaqla,10 yeni stansiya inşa olunmalıdır. Hazırda Xocəsən qəsəbəsində Bənövşəyi xəttin deposunun, eləcə də Ceyhun Səlimov küçəsində 3-cü stansiyasının tikintisi davam edir.
Uzunluğu 16,3 km olacaq Mavi xətt Yeni Yasamal yaşayış sahəsindən başlayaraq Sabunçu rayonunun Bakıxanov qəsəbəsinə qədər uzanacaq. Xətt üzrə 7-si keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu tikiləcək.
Uzunluğu 14,7 km olacaq Sarı xətt Binəqədi rayonundan başlayaraq Səbail rayonunun Bayıl qəsəbəsinədək uzanacaq. Bu xətdə 5-i keçid olmaqla, 11 stansiya və 1 elektrik deposu inşa olunacaq.
Perspektiv inkişaf planına uyğun olaraq yeni xətlərin tunel, stansiya və depolarının inşası ilə yanaşı, mövcud stansiyaların mərhələlərlə yenidən qurulması və müasir avadanlıqlarla təchiz olunması, dərin özüllü birçıxışlı stansiyaların ikinci çıxışlarının tikintisi aparılır.
"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 km metro xəttindən ibarət olacaq. Metropolitenin 51 yeni stansiyanın inşa edilməsi və 84,3 km metro xəttinin çəkilməsi nəzərdə tutulub.

www.ann.az
Xəbər lenti
-
10:23Qusarda "RUS AZERİ SPİRİTS” zavodu açıldı (FOTOLAR)
-
18:30Prezident Şamaxıda səfərdədir (FOTO)
-
16:39Növbədənkənar parlament seçkilərinin vaxtı bilindi (SƏRƏNCAM)
-
16:27Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
-
15:58Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
-
14:24ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"
-
13:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
13:47Azərbaycan Rusiyaya turist səfərlərinə görə TOP-5-də yer alıb
-
13:45DİM sədri: "Struktur və kadr islahatları standartların dəyişməsinə dəlalət edir"
-
12:53Sabahın hava proqnozu açıqlandı
-
12:03Azərbaycanlı qadın İsveçdə deputat oldu (FOTOLAR)
-
11:22Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxladı (VİDEO)
-
11:11Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyuldu
-
10:40Mədət Quliyev generala vəzifə verdi
-
10:38Yeni icra başçısından təyinat (FOTO)
-
10:35Azərbaycan nefti kəskin bahalaşdı
-
18:41Hərbi qulluqçumuz vəfat etdi
-
16:45İlham Əliyev yeni icra başçılarını qəbul etdi (FOTO)
-
16:17Mehriban Əliyeva Xalq artistinin evində qonaq olub (FOTOLAR)
-
15:33Prezident icra başçısını işdən çıxardı: Yeni təyinatlar (SƏRƏNCAM)
-
15:01Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı (R)
-
13:54Konstitusiya Məhkəməsi parlamentin buraxılması ilə bağlı qərar verdi
-
13:47Müdafiə Nazirliyi Göyçaya düşən şarla bağlı açıqlama yaydı
-
13:08Sabah hava necə olacaq?
-
12:55Pensiya və maaşlar artacaq - BU TARİXDƏN
-
12:37Azərbaycan Prezidenti “Bakutel-2019” sərgisi ilə tanış olub
-
11:53NEQSOL Holdinq Vodafone Ukrayna şirkətini aldı (RƏSMİ)
-
17:59İlham Əliyev yeni rektor təyin etdi
-
17:40Azercell – gələcək texnologiyalar dünyasında sizin bələdçiniz
-
17:28Asim Mollazadə: "Partiyamız islahatları dəstəkləyir"
-
17:05Prezident Elşad Mirbəşir oğluna vəzifə verdi
-
17:03Prezident İdman Kompleksinin tikintisinə 7,5 milyon manat ayırdı
-
14:44Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)
-
13:51Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)
-
13:30Sabahın hava proqnozu
-
12:55ATƏT cəbhənin Füzuli istiqamətində monitorinq keçirəcək
-
11:58BDU-nun 2 tələbəsinin vəziyyəti pisləşdi
-
11:29Prezident Administrasiyasında yeni təyinat
-
10:52Bakıda bu marşrutda gediş haqqı artdı
-
10:07SOCAR-a yeni vitse-prezident təyin edildi
-
10:02Komitə sədrinin müavini: "Həmin zabitlər çox yanlış yol tutublar"
05 Dekabr 2019
04 Dekabr 2019
03 Dekabr 2019
Digər xəbərlər
-
İqtisadiyyat, Qaynari.nfo
Pensiya və maaşlar artacaq - BU TARİXDƏN
-
İqtisadiyyat, Qaynari.nfo
Bakıda bu marşrutda gediş haqqı artdı
-
İqtisadiyyat, Qaynari.nfo
SOCAR-a yeni vitse-prezident təyin edildi
-
İqtisadiyyat, Qaynari.nfo
Dekabrda 11 gün iş olmayacaq
-
İqtisadiyyat, Qaynari.nfo
Dövlət pulunu mənimsəyən şirkət rəhbəri həbs edildi
-
İqtisadiyyat, Qaynari.nfo
Azərbaycanda iki qanun ləğv edilir
-
İqtisadiyyat, Qaynari.nfo
Bakıda camaata pul paylayan aparatın sahibi bu şəxsdir (TƏFƏRRÜAT/FOTO)
-
İqtisadiyyat, Qaynari.nfo
"Bakı Metropoliteni": Qatarların hərəkəti bərpa olundu (YENİLƏNİB)
-
İqtisadiyyat, Qaynari.nfo
Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq (FOTO)