Yaşayış binasındakı yanğın söndürüldü (VİDEO/YENİLƏNİB)

Yaşayış binasındakı yanğın söndürüldü (VİDEO/YENİLƏNİB)

Yaşayış binasındakı yanğın söndürüldü  (VİDEO/YENİLƏNİB)
Bu gün Bakı şəhərinin Nərimanov rayonunda - Koroğlu Rəhimov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb. 

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın 14-cü mərtəbəsində şaxtadakı elektrik qovşağında baş vermiş yanğının miqyasının artmasının qarşısı alınıb və tüstülənmə tamamilə dayandırılıb. 

Hadisə nəticəsində zərərçəkən olmayıb.

***
11.19 
 
Bakının Nərimanov rayonunda yerləşən, Odlar Yurdu Universitetinin yaxınlığındakı hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

ANN.Az BakuPost-a istinadən xəbər verir ki, 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanır.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.

Hadisə yerinə Təcili Tibbi Yardım maşınları çağırılıb. Yanğından xəsarət alanların olduğu bildirilir.


www.ann.az

Xəbər lenti