Bakıda yaşayış binası yandı - FOTOLAR

Bakıda yaşayış binası yandı - FOTOLAR
Bakıda yanğın hadisəsi qeydə alınıb.

ANN.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli, kommunal tipli taxta konstruksiyadan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə və digər otaqda 10 m² sahədə ev əşyaları yanıb: 

"Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Yanğın zamanı mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb", - deyə məlumatda bildirilir.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti