Bakıda avtobusla qatar toqquşdu: azyaşlı öldü, 34 nəfər yaralandı (FOTO/VİDEO/YENİLƏNİB)

Bakıda avtobusla qatar toqquşdu: azyaşlı öldü, 34 nəfər yaralandı (FOTO/VİDEO/YENİLƏNİB)
Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralananların sayı 34-ə çatıb.

Ann.az xəbər verir ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

***16.07

"Binədə sərnişin avtobusu ilə yük qatarının toqquşduğu qəzada ölən 13 yaşlı oğlan uşağıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova deyib.

"Ümumilikdə Təcili Yardımdan 27 nəfər qeydiyyatdan keçib. 22-si Sabunçu Dövlət Xəstəxanasına yerləşdirilmişdi, onlardan 6-sı uşaq idi. 13 yaşlı bir oğlan uşağı dünyasını dəyişib. 5-i hələ də orada müalicə alır".

***15:12

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə toqquşub.

Ann.az "Report"a istinadən xəbər verir ki, toqquşma nəticəsində, ümumilikdə, 20 nəfər xəsarət alıb. Onlardan 10-u kişi, 7-si qadın, 3-ü uşaqdır.

Yaralılardan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb, onlardan biri yolda ölüb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova "Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib.

Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib. 
 
 
 




 

Xəbər lenti