Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatdı (YENİLƏNİB)

Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatdı (YENİLƏNİB)
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.

Dəfn mərasimində Xalq yazıçının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.
 
13.00

Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi başa çatıb. 

Ann.az xəbər verir ki, mərhum I Fəxri xiyabanda dəfn oluncaq.
 
12.07

Nizami Kino Mərkəzində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

Vida mərasimində Xalq yazıçının ailəsi, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasimi üçün əklil göndərib.

R.İbrahimbəyov Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.//APA





















Tərəfdaşların xəbərləri

Xəbər lenti