Bakıda qadın direktor şagirdləri döydü (VİDEO/AÇIQLAMA)

Bakıda qadın direktor şagirdləri döydü (VİDEO/AÇIQLAMA)
Bakı şəhərində məktəb direktoru şagirdləri döyüb. 

Ann.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb. 

Onun bu hərəkəti kameraya düşüb. 


Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu video ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bu barədə Ann.az-a idarədən bildirilib. Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək:

"Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti