"X-Lady" mağazasında baş verən yanğın söndürülüb (YENİLƏNİB/VİDEO)

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb.
 
***

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında başlayan yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Ann.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi "X-Lady" mağazasında yanğınla bağlı operativ qərargah yaradıb.
 
***

Bakının Nizami rayonu ərazisində, metronun "Neftçilər” stansiyasının yaxınlığında yerləşə "X-Lady” ticarət obyektində güclü yanğın baş verib.

Ann.az xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası cəlb olunub.

Hazırda alovun söndürülməsi işləri davam etdirilir. Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.

Ticarət obyektinin yerləşdiyi Məhəmməd Hadi küçəsi nəqliyyatın hərəkəti üçün bağlanıb.
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti