Bakıda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var

Bakıda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var
Bakıda marşrut avtobusu qəzaya uğrayıb. 

Qaynarinfo xəbər verir ki, hadisə Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında qeydə alınıb. 

Səhiyyə Nazirliyindən bildirilib ki, 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub. Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəza nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti