Bakıda krminal dəstə vətəndaşı girov götürdü - Saxlanılanlar var

Bakıda krminal dəstə vətəndaşı girov götürdü - Saxlanılanlar var
Bakıda dələduzluq yolu ilə vətəndaşı girov götürən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ann.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakini E.Məmmədov noyabrın 18-də saat 23 radələrində qəsəbə ərazisində bir qrup naməlum şəxsin onu hədələyib 7000 manat pul tələb edərək "Mercedes” markalı avtomobilə oturdub evinin qarşısına apardıqlarını, orada ondan 60 manat və mobil telefon aldıqdan sonra evdən də 1000 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları gətirməsi şərti ilə buraxdıqlarını bildirib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini N.Eminov, habelə qrupun digər üzvləri - Tərtər rayon sakini S.Abbasov və Masallı rayon sakini R.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

www.ann.az

Xəbər lenti