Bakı metrosunda hərəkət bərpa olundu (YENİLƏNİB)

Bakı metrosunda hərəkət bərpa olundu (YENİLƏNİB)
"Elektrik enerjisinin dayanıqlığı təmin olunduğu üçün Metropolitenin 3 stansiyasının ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti bərpa edilib". 

Ann.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 
 
16.51

Bu gün Bakıda elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem "Bakı Metropoliteni" QSC-nin fəaliyyətində çətinliklər yaradıb. 

Bu barədə "Report”a "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda metro xəttinin bütün sahələrində gərginlik bərpa olunub, yalnız "Xalqlar dostluğu”, "Əhmədli" və "Həzi Aslanov” stansiyalarında elektrik enerjisinin dayanıqlılığı olmadığından hərəkət dayandırılıb: "Hazırda tünellərdə qalan qatar yoxdur. Bütün qatarlar stansiyaya çatdırılıb".
 
16.22 
 
Bir qədər əvvəl Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

Ann.az xəbər verir ki, "Report” "Azərişıq” ASC ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, fasiləyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranmasıdır. Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. 
 
Bakı metrosunda da gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, ”Koroğlu” metrostansiyasından "Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub.

Əlavə məlumat veriləcək.

 

Xəbər lenti