Bakıda bazarda kütləvi zəhərlənmə: ambulanslar göndərildi

Bakıda bazarda kütləvi zəhərlənmə: ambulanslar göndərildi
Sədərəkdə Meyvəli bazarında kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Ann.az-a verilən məlumata görtə, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub:

"Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə aparıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-nin yolxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər”.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır.

Xəbər lenti