Bakıda 75 min manata ağac satılır (VİDEO)

Bakıda 75 min manata ağac satılır (VİDEO)
Bakıda mərkəzdən kəndlərə doğru getdikdə yol kənarlarında dekorativ ağacların satılmasına yəqin ki, rast gəlmisiniz. Burada yerli bitki sortları ilə yanaşı, xaricdən gətirilmiş ağac və kollar da satılır.

Ann.az "Xəzər TV”yə istinadən xəbər verir ki, buradakı zeytun ağacları İspaniya və İtaliyadan gətirilir.

Satış mərkəzində Aralıq dənizi sahillərindən gətirilmiş palma və digər dekorativ bitkilər də var.

Bəzilərinin yaşları 100 ili keçir, qiymətləri isə 75 min manata qədər çatır.

Bir sözlə, Bakıda dekorativ bitkilərin satıldığı məntəqələrdə hər növdə və hər qiymətdə ağac və kollara rast gəlmək mümkündür.

Bu bitkilərin, xüsusilə də zeytun ağaclarının Abşeron yarmadasının iqliminə uyğunlaşdığı da bildirilir.


www.ann.az

Xəbər lenti