Bakı-Tbilisi qatarında yaranmış problemlə bağlı açıqlama

Bakı-Tbilisi qatarında yaranmış problemlə bağlı açıqlama
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib.

Qurumdan Ann.az-a bildirilib ki, iyunun 8-də saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub:

"Hərəkətdə olan 38 saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində iki saat ləngimə qeydə alınıb”.

QSC-dən qeyd edilib ki, hazırda qatarlar hazırda qrafik üzrə hərəkət edir. 


www.ann.az

Xəbər lenti