Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldıldı

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı azaldıldı
Sərnişin tələbatını nəzərə alaraq, martın 24-dən martın 28-i də daxil olmaqla, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayında dəyişiklik edilir.

"Azərbaycan Dəmir Yolları” QSC-dən Ann.az-a verilən məlumata görə, həmin tarixlərdə Bakıdan saat 17:00, 18:30 və 19:55-də yola düşən qatarlar, Sumqayıtdan isə Bakıya saat 17:45, 18:45 və 19:30 - da qayıtmalı olan qatarların hərəkəti ləğv olunur.

www.ann.az

Xəbər lenti