Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanıldı (CƏDVƏL)

Bakı-Pirşağı dəmir yolu xətti ilə sərnişin daşımalarına başlanıldı (CƏDVƏL)
Bu gündən "Azərbaycan Dəmir Yolları” QSC Bakı-Sabunçu sürət elektrik qatarının marşrutunu Pirşağı qəsəbəsinə çatdırıb.

Ann.az xəbər verir ki, artıq qatarla Sabunçu stansiyasından sonra yerləşən Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür.

Bu istiqamətdə səhər tezdən 4 qatar, axşam saatlarında isə yenə 4 qatar (ümumilikdə 8 qatar) hərəkət edir. Gediş haqqının məbləği Bakı sərnişin stansiyasından hər 2 Zabrat stansiyasına qədər 0,6-1,7 manat, Məhəmmədi stansiyasına qədər 0,7-1,8 manat, Pirşağı stansiyasına qədər isə 0,8-1,9 manat təşkil edib. Əks istiqamətdə də eyni qiymətlər qüvvədədir. Konkret məbləğ ödənişin plastik kartla və yaxud nağd ödənilməsindən, vaqonun "ekonom” və yaxud "biznes” tipli olmasından asılıdır. 
 



www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti