Bakı Neft Emalı Zavodu oktyabrda təmirə dayandırılacaq

Bakı Neft Emalı Zavodu oktyabrda təmirə dayandırılacaq
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabr ayında təmirə dayandırılacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

"İllik planlaşdırılmış təmir işləri Neft Emalı Zavodu ilə yanaşı, "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay müddətində dayandırılacaq",-D.Məmmədov qeyd edib.

www.ann.az

Xəbər lenti