Lənkəranda təcili eniş edən təyyarə Naxçıvana yola salındı (YENİLƏNİB)

Lənkəranda təcili eniş edən təyyarə Naxçıvana yola salındı (YENİLƏNİB)
Bu gün Bakı-Naxçıvan reysi üzrə hərəkət edən, lakin Lənkərana məcburi eniş etmiş təyyarə 17:00-da Lənkəran Hava Limanından Naxçıvan istiqamətinə yola düşüb. 

Bu barədə Ann.az-a "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Mətbuat xidmətindən bildirilib.

16.25

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə Lənkərana eniş edib.

Ann.az xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.

Bildirilir ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar olaraq, AZAL-ın J2-253 Bakı (GYD) - Naxçıvan (NAJ) reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına (LLK) enmək qərarına gəlib. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana çatdırılacaq.

Bildirilib ki, ehtiyac olduğu təqdirdə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq zəruri olan hər şeylə təmin ediləcək.

Xəbər lenti