Bakı kəndində acınacaqlı mənzərə (FOTOLAR)

Bakı kəndində acınacaqlı mənzərə (FOTOLAR)
Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətə düşüb.

Görüntüləri "Facebook” sosial şəbəkəsində jurnalist Zülfiyyə Quliyeva paylaşıb.

Binə kəndinin Südçülük adlanan ərazisində yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirib, və bu da kənd sakinlərinə çətinliklər yaradıb.

Ərazidə yaşayan qadın və uşaqlar çala-çuxur, palçıq içində olan yolları düzəltməyə çalışıblar.

Yerli sakinlər yaranmış vəziyyətdən narazılıqlarını ifadə ediblər. (oxu.az)
 





www.ann.az

Xəbər lenti