Bakıdakı otel biznesi - ARAŞDIRMA

Bakıdakı otel biznesi - ARAŞDIRMA
D. ƏLİZADƏ, N. ABBASOV""Ulduzsuz" otellərdə "ulduzlu"lara nisbətən qiymətlər aşağı olur. Bakıya gələn turistlər isə "ulduzsuz" otellər barədə heç nə bilmirlər. Gələn qonaqların "ulduzsuz" otellərə üz tutmamalarının səbəbi o deyil ki, orda qiymət ucuzdur. Səbəb odur ki, onlar bu otellər barədə ümumiyyətlə heç nə bilmirlər. Eyni zamanda Bakıda belə ucuz otellər çox az saydadır" - turizm üzrə ekspert Y.Rəfayılov belə deyir.Ekspertin sözlərinə görə, avropalı turistlər elə də şıltaq olmurlar və əgər Bakıda belə otellərin olduğunu bilsələr, böyük məmnuniyyətlə orada qalarlar. Hansısa şirkət xətti ilə deyil, öz hesablarına səyahət edən turistlər rahatlıqla "ulduzsuz" otellərdən istifadə edə bilirlər.Y.Rəfayılov qeyd edir ki, "ulduzsuz" otellər təcrübəsi bütün dünyada var. Yəni otel ulduzsuzdursa, onda həmin otelin hansısa standartlara cavab verməsi şərt deyil: "Bununla belə, otelin ulduzsuz olması, orada xidmətin aşağı səviyyədə olmasına və ya rahatlığın olmamasına dəlalət etmir. Məsələn, "beşulduzlu" və "dördulduzlu" otellərin  ərazisində yerləşən bir çox beynəlxalq şəbəkələr öz cah-cəlalına və rahatlığına görə standart nömrələri üstələyən və kənarda yerləşən otaqlar təklif edirlər, amma bununla belə heç bir ulduza malik deyillər, çünki bu, artıq otel deyil".Eyni zamanda, frontdesk.ru saytının verdiyi məlumata görə, Rusiya otellərin yeni sistemlə təsnifləşdirilməsi zamanı "ulduzsuz" otellər kateqoriyası yaranacaq.Otellərin bu cür məcburi təsnifləşdirilməsi 2015-ci ilin 1 iyul tarixində yekunlaşmalıdır. Moskvada və Rusiya Federasiyasının 10 vilayətində keçiriləcək futbol üzrə dünya çempionatı başlamazdan üç il əvvəl. Bu barədə Moskva Turizm və Otel xidməti üzrə Komitənin sədri Sergey Şpilko məlumat verib. O, qeyd edib ki, komitə bu cür prosedurların qısa zamanda həyata keçirilməsinin tərəfdarı olmayıb. Ancaq onlar qanunla fəaliyyət göstərdiklərindən bu prosedurlara hazır olmalıdırlar. Moskvada fəaliyyət göstərən 500 oteldən yalnız 22-si bu cür təsnifləşmədən keçiblər.Mədəniyyət Nazirliyində təsnifat sisteminə düzəlişlərlə bağlı iş yekunlaşdı. Yeni sənəd Hüquq Nazirliyində təsdiqlənmə prosedurundadır. Mədəniyyət Nazirliyinin turizm və regional siyasət departamentinin direktoru Nikolay Korolyov və Marqarita Nemolyeva sənədə yeni dəyişikliklər barədə danışdılar. Yeni sistem yerləşdirmənin ən müxtəlif vasitələrini nəzərə alacaq, "ulduzlu" otellər belə təsnifləşəcək - kurort otelləri, apart-otellər və xostellər. Hər bir otel tipi üçün xüsusi meyarlar və bal qiymətləndirilməsi hazırlanıb, belə meyarların hazırlanması zamanı peşəkarların istəkləri nəzərə alınıb. Deyək ki, xostellər üçün meyarlar Xostellər Liqasının tövsiyələrini nəzərə almaqla hazırlanıb.Təsnifat sisteminin yeni redaksiyasında "ulduzsuz" kateqoriyası olacaq: təsnifat məcburi olduğundan, düzəlişləri edənlər prosedurun keçməsinin imkanını nəzərdə tutdular, bu və ya başqa səbəblərə görə bir ulduza iddia edə bilməyənlər, bu cür yerləşdirmədən yararlana biləcəklər. Marqarita Nemolyaeva vurğuladı ki, təsnifat üzrə yeni sənədin qüvvəyə minməsi prosedurdan keçmiş otelləri onların kateqoriyasından məhrum etmir. Dövlət sisteminə görə ulduza malik otellərin müddət bitməmiş prosedurdan keçməyə ehtiyacları qalmayacaq.Y. Rəfayılov qeyd edib ki, hər bir otelə verilən ulduzun öz standartı mövcuddur, həmin ulduz da o standartlara uyğun gəlməlidir. Bu restoran, bar, idman klubu və başqa yerlər də olar bilər. Qaydalara görə, açılan otel müvafiq müraciətlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməlidir. Bu idarənin ekspertləri oteli yoxlayırlar. Müvafiq standartların olması və ya olmaması müəyyən edilir, sonra isə müvafiq ulduzlar verilir. Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq standartlara uyğun olaraq otellərə ulduz verir.Bəs ulduzlar nəyi ifa edirlər? Ekspertin sözlərinə görə, bir sıra beynəlxalq meyarlar mövcuddur, həmin meyarlara əsasən sertifikatlı orqanlar otellərin səviyyəsini qiymətləndirir. Hər şeydən əvvəl, bu, təklif edilən rahatlığın səviyyəsi və verilən xidmətlərin müxtəlifliyidir. Sonra yerlərin ölçüləri və xidmət imkanları: maşın dayanacaqları, taksi, beynəlxalq telefon, restoran, bar, sauna və hovuz.Bu təsnifat oriyentir kimi nümunə gətirilib. "birulduz" kateqoriyalı otellərdə minimal rahatlıq təklif olunur. Bir qayda olaraq, çox böyük olmurlar - 10 nömrəyə qədər. Qidalanma nəzərdə tutulmur, amma ayrıca ödməyə müvafiq olaraq rahat səhər yeməyi yemək mümkündür. Mərtəbələrdə də rahatlıq ola bilər. Gecə saat birdən sonra giriş əksər hallarda qadağan edilir. Standart ikiyerli nömrə təxminən 8-10 kv.m olmalıdır. Nömrədə – şkaf və ya paltarasan, stullar, əl-üzyuyan, güzgü, hər bir kirayənişinə iki dəsmal olmalıdır. Gündəlik təmizləmə, paltarın dəyişməsi hər 7-8 gündən bir olmalıdır, dəsmallar - hər 3-4 gündən bir dəyişilməlidir. Bir mərtəbədə ən azı iki vanna otağı və beş otaqda ən azı bir tualet olmalıdır."İkiulduzlu" kateqoriyalı otellər adətən ucuz ekskursiya marşrutlarında hərəkət edən turistlərə təklif edilir. Avropa və Amerika standartlarına görə, nömrədə sanitariya qovşağı və televizor olmalıdır, amma televizorun pultü üçün pul ödəmək lazım olacaq. Otelə gecə vaxtı daxil olmağa məhdudiyyətlər yoxdur. Səhər yeməyi kontinentaldır. Bəzən restoran mərtəbələrdən birinin zalın yerləşir. Burda da "birulduzlu" otellərdə olduğu kimdir, amma paltarlar hər 6 gündən bir təzələnir. Tualet və vanna otağı adətən nömrədə yerləşir. Oteldə həmçinin restoran və ya kafe, həmçinin qida müxtəlifliyi olmalıdır."Üçulduzlu" kateqoriyalı otellərin bu növü çox geniş yayılıb. Nömrədə rahatlıq olmalıdır, vanna otağında kiçik hissə sabun və şampun qoyulmalıdır, bəzən fen də nəzərdə tutulur. Telefon və televizor, mini-bar və kondisioner də ola bilər. Belə bir qanunauyğunluq var: otelin yeri nə qədər yaxşıdırsa, onun xidmətləri o qədər azdır. "Üçulduzlu" oteldən çoxulduzlulara doğru getsək, hər nömrədə tualet və vanna otağının, tualet masasının, yük üçün altlığın, radionun və s. olması vacibdir."Üçulduzlu" otellərin əksəriyyətinin nömrələri, ucuzları istisna olmaqla, televizora və kondisionerə malikdir. Həftədə 2 dəfə yataq dəsti dəyişir. Dəsmallar hər gün dəyişdirilir. Ətriyyat ləvazimatlarından yalnız sabun var. Bəzi otellərdə ütünü kirayə götürmək olar. Otelin ərazisində maşın dayanacağı yerləşə, hovuz, restoran, bərbərxana, biznes mərkəzi, valyuta mübadiləsi mərkəzi yerləşə bilər. Otel personalı xidməti formalarını geyinirlər. Otaqlar 10-12 kv.m-dən başlayır."Dördulduzlu" kateqoriyası otellərə yüksək xidmət səviyyəsinə görə verilir. Bu cür otellər Avropa göstəricilərinə görə, orta yaşayış səviyyəsinə malik olanlar üçün nəzərdə tutulmuşdur. Bu cür kateqoriyalı otellər çox əlverişli yerdə olur: şəhər mərkəzində və ya çimərliyin birinci xəttində. "Üçulduzlu" otellərdə nə varsa, "dördulduzlu" otellərdə də ondan var, üstəlik: bir qayda olaraq, mini-bar, fərdi kondisioner, telefon, seyf, fen, şampun, hər nömrədə vanna otağı üçün gel. Yataq ağının və dəsmalların gündəlik dəyişməsi. Yuma, ütüləmə və geyimin təmizləməsi kimi xidmətlər göstərilir. Nömrəyə səhər yeməyinin menyusu verilir. Mehmanxananın ərazisində gözəllik salonu, idman-sağlamlıq mərkəzi, avtomobillərin icarəsi, TV-salon, musiqi salonu, oyun və konfrans zalları, restoran, sauna, üzmə hovuzu və s. olur. Otaqların sahəsi ən azı 13 kv.m-dir. İdeal halda bunlar məcburidir: mühafizəli maşın dayanacağı, pulsuz trenajor zalları, kortlar və hovuzlar, şou, disko klublar. Nömrədə: fenlə komplektləşdirilmiş sanitariya qovşağı, kondisioner, distans idarəylə rəngli televizor, soyuducu, mini-bar, kondisioner, mini-seyf, mütləq çıxışla beynəlxalq telefon olmalıdır. 4 ulduzlu otellərdə 10% nömrələr üçyerli ola bilər."Dördulduzlu"da olan şərait "beşulduzlu" kateqoriyalı otellərin hamısında var, amma daha keyfiyyətli səviyyədə. Həmçinin bəzən nömrədə ikinci sanitariya qovşağı və vanna otağında telefon aparatı olur. Nömrələr ən azı 16 kv.m-dir. Standartlara tamamilə uyğun olan beşulduzlu otellər lazımlı infrastrukturla özünə yetərli şəhərciyi xatırladır: bir neçə bar və restoran, gecə klubu, mağazalar, bərbər və kosmetik kabinetlər, çamaşirxanalar, fitnes-zallar və biznes mərkəzləri, hovuzlar. Bir çarpayı yeri olan nömrələrdən tutmuş çoxotaqlı apartamentlərə qədər. İşgüzar insanlar üçün executive-suites var - çoxkanallı telefon bağlantısıyla, kompüter, faksomi danışıqlar üçün otaq. Nömrədə hər şey var: kondisioner, mini-bar, telefon, rəngli televizor və s. Böyük vanna otağı bidenlə təchiz edilmişdir, böyük uzanı vanna otağı, djakuzi və ayrı kabina. Müştəriyə kosmetik vasitələrin geniş arsenalı təklif edilir, həmçinin hamam xələtləri və otaq şap-şupları.Otelin səviyyəsi əsasən "Hilton", "Mariott", "Redisson" və başqa nüfuzlu otellər şəbəkəsinə bağlılıqla müəyyən edilir. Belə olan halda onlara qeyd-şərtsiz ən yüksək kateqoriya verilir.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti