Bakıda yeni yol layihəsi

Bakıda yeni yol layihəsi
Bakı şəhərinin Xətai rayonunda Neftçilər prospektindən başlayaraq Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsinədək uzanacaq yeni avtomobil yolunun tikintisi gedir. Uzunluğu 1,75 km, eni isə səkilərlə birgə 45 metr təşkil edəcək yolda söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi və torpaq yatağının salınması işləri aparılır. Bunu «APA-Economics»ə açıqlamasında «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. P.Mürsəliyev deyib ki, yolboyu nəzərdə tutulan 3 yerüstü piyada keçidinin tikintisinə də artıq başlanılıb: «Bu yolun 1,4 kilometri Nobel prospektinə paralel çəkiləcək. Paralel yol 8 hərəkət zolaqlı olacaq». «Azəryolservis» rəsmisi yolun tikinti işlərinin 2015-ci ilin may ayına qədər yekunlaşacağını qeyd edib.ANN.Az

Xəbər lenti