Bakıda yeni yeraltı piyada keçidi tikilir

Bakıda yeni yeraltı piyada keçidi tikilir

Bakı şəhərinin Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin tikintisinin yeni mərhələsinin icrasına başlanılıb.

Uzun müddət ərazidə geoloji-kəşfiyyat işləri aparılıb. Bu işlərin nəticəsində yeraltı piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları köçürülüb. Bunu «APA-Economics»ə Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

P.Mürsəliyev qeyd edib ki, birinci mərhələdə keçidin 22 metr hissəsində keçidin örtük hissəsi və istinad divarı tikilib: «İkinci mərhələdə isə 24 metr ərazidə istinad divarında armatur işləri görülür. Hava şəraitindən asılı olaraq bu ayın sonuna qədər tikinti işlərinin 50%-nin yerinə yetirilməsi nəzərdə tutulub».

 

«Azəryolservis» rəsmisi piyada keçidinin artıq bu il istifadəyə veriləcəyini əlavə edib.

 

Qeyd edək ki, yeraltı piyada keçidinin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3,23 metr olacaq. 

APA

Xəbər lenti