Bakıda "Rənglərin Simfoniyası" səsləndirildi - FOTOLAR

Bakıda
Rüstəm Qasımov

Bu günlərdə "1969" qalereyasında gənc istedadlı rəssamların "Rənglərin Simfoniyası" adlı sərgisinin açılışı oldu. Vernisajda öz əl işlərini iki rəssamın – Cəsar Məmmədov və Ayan Əziz Məmmədovanın ailə yaradıcılıq ittifaqı təqdim etdi.

Rəssam Cəsar Məmmədov - Azərbaycanın layiqli rəssamı, YUNESKO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator İncəsənət Akademiyasının fəxri üzvü, "Vətən Övladı" qızıl ordeninə, "Avropanın Şərəfi" ordeninə layiq görülmüş, "Dədə Qorqud" mükafatının, Leonardo Da Vinçi medallarının, Rusiyanın nüfuzlu "Minilliyin Adamı" mükafatının sahibi, Avropa Təbii Elmlər Akademiyasının akademiki Sakit Məmmədovun oğludur. Ayan Əziz Məmmədova – Azərbaycanın layiqli rəssamı, İncəsənət Akademiyasının akademiki, professor, Arif Əzizin qızıdır.

Qeyd etmək lazımdır ki, rəssamların üslubları fərqlənir. Buna görə də qarşımdakı rəsmin müəllifinin kimliyini müəyyənləşdirmək kifayət qədər sadə idi. Ayanın üslubuna parlaq rənglərlə zəngin abstraksiya xasdır. O, sarı, göy, bənövşəyi, qara, qırmızı və başqa rəng çalarlarını uyğunlaşdıraraq çəkdiyi rəsmlə tamaşaçıları öz daxili dünyası ilə tanış olmağa dəvət edir.

Cəsara gəlincə, onun əl işlərinə baxıb, anlayırsan ki, rəssam öz rəsmlərində ən azı iki üslubun tərəfdarıdır: impressionizm və realizm. Süjetlərin mürəkkəb olması, hər bir detalın, hər bir elementin mürəkkəb bədii kompozisiyada ayrı-ayrılıqda parlaqlığı və ifadəliliyi, həm də süjetlərin coğrafiyası diqqəti cəlb edirdi. Rəsmlərdə Türkiyənin, Fransanın, İtaliyanın, Azərbaycanın, Çexiyanın və s. ölkələrin mənzərələrini görmək mümkün idi.

ANN.Az xəbər portalı paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və Cəsar Məmmədovla Ayan Əziz Məmmədovanın "Rənglərin Simfoniyası" adlı sərgisindən fotoları diqqətinizə təqdim edir.

ANN.Az
 


































Tərəfdaşların xəbərləri

Xəbər lenti