Bakıda qeyri-adi taksi - FOTOLAR

Bakıda qeyri-adi taksi - FOTOLAR
Dünyanın müxtəlif ölkələrində Kətkofe adlı məkanlar populyarlıq qazanır. Heyvansevərlər, xüsusilə pişiksevərlər belə məkanlarda kofe içir, pişik mırıltısının müşayiətilə nahar edirlər. Bakıda hazırda belə məkanlar yoxdur, əvəzində isə tutuquşulu taksi var.  

Kənardan baxanda bu taksi adi London taksisindən heç nə ilə fərqlənmir. Ancaq onun daxili dekorasiyasına təəccüblənməmək mümkün deyil. Anar adlı sürücünün sözlərinə görə, onda yola çıxan insanın ürəyincə olacaq hər şey var: qəlyan, jurnallar, istənilən növ saqqız və salfetkalar. Taksinin özü şərq üslubundadır, oturacaqlarda yastıqlar, yerdə isə xalça var. Hava təmizləyən də var. Ən maraqlısı isə taksidə quş qəfəsində səs-küy salan tutuquşular gözə dəyir. 

Taksi sürücüsünün sözlərinə görə, o, bunu rəsmiləşdirib. Hətta buna görə ona təşəkkürnamə də verilib. 

Bu taksini 077 850-11-13 və 055 258-43-85 nömrələrinə zəng vurmaqla sifariş etmək olar. 

Taksidən çəkdiyimiz fotoları təqdim edirik. 

ANN.Az
 













Xəbər lenti