Bakıda pulsuz tamaşalar nümayiş olunacaq

Bakıda pulsuz tamaşalar nümayiş olunacaq

Akademik Milli Dram Teatrı yeni layihəyə start verib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə teatrda xeyriyyə məqsədi ilə tamaşalar nümayiş olunacaq. Yeni layihə uşaq evlərində olan azyaşlıların teatra cəlb olunması məqsədini daşıyır.

Ötən həftə Akademik Milli Dram Teatrında Bakının ətraf rayonlarında yerləşən uşaq evləri üçün “Danışan gəlincik” (A.Şaiq) və “Qaraca qız” (S.S.Axundov, səhnələşdirən A.Şaiq) tamaşaları nümayiş olunub. A.Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” nisbətən kiçik yaş qrupları üçün, “Qaraca qız” tamaşası isə orta və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub.

Hər iki tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar Artisti Loğman Kərimovdur. Tamaşalarda Akademik Milli Dram Teatrının aktyorları çıxış edir. Bu uşaqların teatr sənətinə cəlb edilməsini, onların mənəvi tərbiyəsinə yardımçı olmağı hədəfləyir.

ANN.Az

Xəbər lenti