Bakıda nəhəng yol layihəsi - Fotolar

Bakıda nəhəng yol layihəsi - Fotolar
Bakı-Quba yolu genişləndirilir. Genişləndirmə işləri çərçivəsində yeni körpü də inşa olunur.
 
Axar.az xəbər verir ki, bu məqsədlə paytaxtın avtovağzala gedən istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşıb. Məqsəd Bakı - Rusiya magistral avtomobil yolunun üstündəki yolötürücüsünün altında yeni yolötürücülər tikməkdir.
 
Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və "Bakı Dairəvi-1" avtomobil yoluna maneəsiz çıxa biləcəklər.
 
 
 
 
 
 
 
 
 

www.ann.az

Xəbər lenti