Bakıda müəllimənin oğlu İŞİD-ə qoşuldu - FOTOLAR

Bakıda müəllimənin oğlu İŞİD-ə qoşuldu - FOTOLAR
Bakının Müşviqabad qəsəbəsi sakini İŞİD-ə qoşulub.
 
21 yaşlı Cəbiyev Sadiq Yadigar oğlu bir ay bundan əvvəl "İslam Dövləti”nə qoşulmaq üçün Azərbaycanı tərk edib. S.Cəbiyev Suriyaya, ordan İraqın Mosul şəhərinə gedib.

İslamazeri.az yazıb ki, S.Cəbiyev qəsəbədə dalaşqan gənc kimi tanınıb. Vəhhabilərə qoşulandan sonra saqqal saxlamağa başlayıb. Qəsəbədə öz təriqətinin ideologiyasını təbliğ etmək üçün əlindən gələni edib. Hətta qonşulara yaxın zamanlarda şəhid olacağını deyib və onlardan halallıq istəyib.

S. Cəbiyev Mosuldan ailəsinə zəng edib. Azərbaycanda olan öz əqidədaşlarına İŞİD sıralarında çəkdirdiyi şəkilləri göndərib.

O, Skayp vasitəsilə qohumları ilə əlaqə saxlayıb. Anasının oğlu ilə Türkiyədə görüşəcəyi də deyilir. İki bacısı olan S.Cəbiyev ailənin tək oğludur. Onun anası Sevgi Cəbiyeva isə Müşviqabad qəsəbəsində yerləşən 320 saylı orta məktəbin müəlliməsidir.


ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti