Bakıda Məlik Məmmədxanov sərgisi keçirildi - REPORTAJ

Bakıda Məlik Məmmədxanov sərgisi keçirildi - REPORTAJ
Rüstəm Qasımov  
 
«Ürəyi ilə rəsm çəkən rəssam…»
    
Bir neçə gün bundan öncə, "Baku Art Gallery” qalereyasında azərbaycanlı rəssam Məlik Məmmədxanovun ilk şəxsi sərgisi keçirildi. Məlik Məmmədxanovun sərgilənən əsərlərinin hər biri maraqlı və diqqət çəkirdi. Sərginin keçirilmə yeri təsadüfi seçilməmişdi. Həmin qalereya Azərbaycan xalqının mədəni irsinin məkanı və onun ruhunu əks etdirən İçərişəhərdə yerləşir.  

Məmmədxanovun işlərinin böyük bir qismi milli mövzular təşkil edir. Azərbaycanda yetişən şirəli, dadlı meyvələr və xüsusən nar onun rəsmlərində xüsusi möhtəşəm təsvir olunub.  
 
 
 
 
Bu şəkil uzun müddət məni onun qarşısında durmağa məcbur etdi. Rəssam bu şəkildə nar meyvəsini elə gözəl və təbii işləyib ki, sanki əl uzatsan toxuna bilərsən. Nə qədər paradoksal səslənsə də, inanılmaz realizimdir bu. Bundan başqa rəsm üçün seçilmiş arxa fon da çox uyğun idi. Arxa fon rəsmi daha parlaq və zəngin göstərirdi. Seçilmiş palitra rəsmin süjetinə unudulmaz cazibədarlıq verirdi.

 
 
 
Qalereyada insanlar çoxaldıqdan sonra rəsmi açılış mərasimi oldu. Tədbiri, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov açdı. O, çıxışında rəssamın ilk şəxsi sərgisinin keçirilməsi münasibəti ilə təbrik etdi və gələcəkdə də bunun davam etməsini, dünyanın məşhur sərgilərində nümayiş olunmasını arzuladı.
 
 
 
 
Digər qonaqlar da, rəssamın həyat və yaradıcılığı haqqında danışdı və ona uğurlar arzuladı.

 
 
 
Sonda rəssamın özü çıxış edərək, qalrreyaya toplaşan adamlara təşəkkür etdi və sərgidə nümayiş olunan rəsmlərə baxmağa çağırdı.
 
 
 
 
Rəssam həmin gün əsas diqqət mərkəzində olan fiqur idi. Hər kəs onunla salamlaşmaq, ona xoş sözlərini çatdırmaq və gələcək işlərində uğur arzulamaq üçün ona yanaşırdı.
 
 
 
 
Amma buna baxmayaraq Məlik Məmmədxanov özünü kifayət qədər sadə və hətta utancaq aparırdı. Ümumiyyətlə, yaradıcı insanlar çox insanın toplaşdığı məkanları sevmir. Onlar öz zamanlarının böyük bir qismini atelyelərində keçirdərək öz xəyalları, fantaziyaları, daxili dünyaları ilə yalnız qalmağı üstün tutur və ölməz, mükkəmməl işlərini ərsəyə gətirməklə məşğul olurlar.
Müəllifin digər işi avtoportiret idi. Mən rəssamın fotosunu öz rəsmi qarşısında çəkə bildim.
 
 
 

Məmmədxanov təkcə yağlı boya ilə rəsmlər çəkmir. O, həm də qrafika çəkməklə məşğuldur. Bu mənada onda ən yaxşı, balaca uşaqların rəsmləri əla alınır. İfadəlilik, xəttlərin dəqiqliyi və süjetin mənalı olması onun qrafik işlərində diqqət çəkir.    
 
 
 
 
Məmmədxanovun şəxsi sərgisində gipsdən hazırlanmış heykələr də nümayiş olunurdu.
Rəssamın əsərlərinə baxdıqdan sonra anladım ki, onun sevdiyi süjetlərdən biri hissə verilmiş balıqlar təşkil edir. Bir rəsm əsərində orta ölçülü balıqlar ağac lövhələr üzərində rəsm edilmişdi.
 
 
 
 
Başqa bir işi, birincidən kəskin fərqlənirid. Bu işdə balıq plastik "klyonka” üzərində rəsm edilmişdi. Rəsm o qədər real idi ki, adam heyrət edirdi.  
 
 
 

Digər əsər bir az başqa formada çəkilmişdi. Digər natürmotlardan fərqli olaraq burada bezlər hamarlanmış və tamamilə görünməz olmuşdu. Parlaq qırmızı nar dənlərindən başqa, rəssam rəsmin yuxarısında axan qırmızı damcılar təsvir etmişdi. Onlar elə real təsvir edilmişdi ki, elə bilirdin həqiqi damcılardır.
 
 
 

Rəssam narları ən müxtəlif kompozisiyalarda çəkib.  
 
 
 
 
Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov çoxlu insan tərəfindən dövrəyə alınsa da, biz onunla Məmmədxanov və onun yaradıcılığı haqqında söhbət edə bildik.
 
 
 
 
«Mən Məlik Məmmədxanovun işləri ilə çoxdan tanışam. Onun yaradıcılğında hər fasilədən sonra irəli atılma və mükkəməlləşmə var.  Bu insan çox istedadlıdır. Çox gənc yaşlarından müxtəlif sərgilərdə iştirak edirdi. Artıq həmin günlərdən aydın hiss edilirdi ki, o, usta rəssama çevriləcək”. Bu an Ağali müəllim, rəsm əsərlərinə diqqətlə baxan insanlara doğru baxmağa başladı.  

 
 
 
«Cavan vaxtlarında Məlik kollektiv sərgilərdə bir və ya bir neçə işi ilə təmsil olunurdu. Onun bu rəsmlərinə baxanda anlayırdın ki, rəssam öz peşəsini sevir və hər bir işinə səmimi ürəklə yanaşır.  Əgər gözəl bir ağacın budağın qırıb torpağa basdırsan, o böyüməyəcək. Hər bir ağacaq kök sistemi lazımdır ki, inkişaf etsin. Eyni hal rəssamlara da aiddir.  Hər həqiqi rəssam üçün müvafiq baza, dərin köklər  lazımdır. O, bu dərin köklərə dayanaraq inkişaf edəcək, yaradıcılığa özündə olan nəsə yeni bir şey gətirəcək, təcrübə toplayacaq, öz fərdi üslubunu, üzünü və cizgilərini tapacaq. Sevgi ilə edilmiş istənilən iş insanın xoşuna gəlməyə bilməz. Çünki bu kimi işlər müəllifin enerjisini özündə daşımaqdadır” deyə Ağəli müəllim qeyd edir.
 
 
 
 
"Hər bir rəng, ton rəssamın izləyici ilə söhbətidir. Bütün yuxarıda sadaladığım keyfiyətlər Məmmədxanovda var. Bu insan öz kökünü, tarixini unutmur və məhz buna görə də orijinal işlər ortaya çıxarda bilir” deyə İbrahimov sözünü bitirir.  



Sərgi kifayət qədər maraqlı keçdi. Çoxlu sayda insan rəssamın əsərlərinə baxdı və onunla şəxsən söhbət etmək imkanı qazandı.
 
 
 
 
ANN.Az portalı paytaxtımızda keçirilən mədəni tədbirlərin heç birini diqqətdən kənar saxlamır. Məlik Məmmədxanovun şəxsi sərgisindən çəkilmiş fotolar.
 
 
 
 

Xəbər lenti