Bakıda külək evin damını uçurdu - Fotolar

Bakıda külək evin damını uçurdu - Fotolar
Bakıda əsən külək evin damını uçurub.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu ərazisində, Pivəzavod küçəsində baş verib.
 
Güclü külək birmərtəbəli yaşayış evinin damını qoparıb. Nəticədə qonşuluqdakı üçmərtəbəli yaşayış binasının kommunikasiya xətləri zədələnib. Binaya elektrik enerjisinin verilməsində problem yaranıb, telefon xətləri qırılıb.
 
Hazırda kommunal təsərrüfat xidmətlərinin əməkdaşları araşdırma aparırlar.





www.ann.az

Xəbər lenti