Bakıda ikimərtəbəli avtobuslar - FOTO

Bakıda ikimərtəbəli avtobuslar - FOTO
Paytaxt küçələrində ikimərtəbəli avtobuslar şütüyür. Milli.Az-a xəbər verir ki, bu avtobuslarla Bakı üzrə gəzinti turları təşkil edilir.Turun müddəti 1,5 saatdır. Marşrut Hökumət evindən Bayıl qəsəbəsinədəkdir.Hələlik bilet 5 manatdır, ancaq bir neçə gün sonra biletlərin qiyməti yerlilər üçün 10, əcnəbilər üçün 20 manat olacaq. Məktəblilər, tələbələr və əlillər də 5 manat verməklə Bakı turlarına qoşula biləcəklər. 6 yaşınadək uşaqlar üçün isə belə avtobuslarda gediş pulsuz olacaq.Gəzinti avtobuslarının iş qrafiki 11:00-dan 20:00-dəkdir.//Day.Az

Xəbər lenti