Bakıda iki yeni piyada keçidi açılacaq

Bakıda iki yeni piyada keçidi açılacaq

Bakı şəhərinin Qələbə meydanında müxtəlif səviyyəli tunel tipli yol qovşağının inşası layihəsi çərçivəsində Ayna Sultanova heykəlinə qədər olan ərazidə yeni piyada keçidləri inşa olunur.Hazırda iki keçiddə son tamamlama işləri aparılır. Onlardan birində artıq üzləmə işləri gedir, ikinci keçid isə tamamlanmaq üzrədir. Yaxın vaxtlarda bu piyada keçidləri istifadəyə veriləcək. Bunu «APA-Economics»ə açıqlamasında tikinti işlərini icra edən «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-nin mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva bildirib. Onun sözlərinə görə, ümumiyyətlə, həmin ərazidə 10 piyada keçidinin inşası nəzərdə tutulub. Piyada keçidlərində həm eskalator, həm də pilləkənlər olacaq. Burada əlil vətəndaşlarla yanaşı, uşaq arabalarının hərəkət etməsi üçün də platformalar quraşdırılacaq. Qeyd edək ki, piyada keçidləri də daxil olmaqla ərazidə tikinti işləri başa çatdıqdan sonra oradakı park yenidən salınacaq.ANN.Az 

Xəbər lenti