Bakıda evləri söküb yerində yol çəkdilər - FOTOLAR

Bakıda evləri söküb yerində yol çəkdilər - FOTOLAR
Bakıda sökülmüş evlərin yerində yol çəkilir. Bir müddət əvvəl Sabunçu rayonunda, "Zabrat yolu" kimi tanınan Şəhər şossesində yol kənarında evlərin və obyektlərin sökülməsinə başlanıb. Milli.Az xəbər verir ki, artıq həmin ərazidə yol çəkilib. Yeni çəkilən yol aeroport yolundan Şəhər şossesinə birbaşa çıxışa imkan yaradır. Hava limanı istiqamətindən gələn avtomobillər ikinci dərəcəli köməkçi yoldan birbaşa Şəhər şossesinə çıxa biləcəklər. Artıq işlərin böyük hissəsi görülüb, yolun asfalt örtüyü çəkilib. Xırda tamamlama işləri aparılır.Məsələ ilə bağlı Azəryolservis” ASC-nin mövqeyini öyrənmək mümkün olmadı.ANN.Az

Xəbər lenti