Bakıda daha bir nəhəng tunel tikilir

Bakıda daha bir nəhəng tunel tikilir

"Şəfa" stadionunun qarşısında inşa olunan nəhəng yol kompleksinin tikintisi davam etdirilir. 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Heydər Əliyev pr-i ilə Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin kəsişməsində, “Şəfa” stadionunun qarşısında  avtomobil tuneli və yeraltı piyada keçdin tikintisi davam etdirilir. Layihə üzrə  tunelin uzunluğu 940 metr, eni isə 16 metrdir.  4 hərəkət zolağından ibarət olacaq tunelin hazırda istinad divarlarının naxışlı beton piltələrlə üzlənməsi, qapalı boyunun üst hissəsində tirlərin döşənməsi və yan yollara bardür düzələrək asfalt-beton örtüyünün salınmasına  hazırlıq işləri gedir. Sözügedən ərazidə tikintisi həyata keçirilən piyada keçidinin uzunluğu 105 m, eni 16 m, hündürlüyü isə 3 m nəzərdə tutulmuşdur. 4 giriş-çıxışı olacaq keçiddə eskalatorların quraşdırılması və bəzək işləri aparılır. Ümumilikdə layihənin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, tunel istifadəyə verildikdən sonra M.Nərimanov küçəsi ilə hərəkət edən avtomobillər şəhər istiqamətinə, 5-ci köndələn küçəsinə və hava limanına  heç bir maneəsiz gedə biləcəklər. 

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti