Bakıda daha bir möhtəşəm layihə - FOTOLAR

Bakıda daha bir möhtəşəm layihə - FOTOLAR
Bakıda daha bir möhtəşəm kompleks tikilə bilər. ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa olunması planlaşdırılan kompleks Konvensiya Mərkəzi (Baku Convention Center) adlanır.Konvensiya Mərkəzi konfrans, banket zalları, konsertlər, ticarət sərgiləri, korporativ təqdimatlar və s. kimi tədbirlər keçirtmək imkanı yaradır. Akt zalından elektro-akustik nümayişlər və təqdimatlar üçün də istifadə oluna bilər. Lakin bina klassik opera və klassik teatr üçün nəzərdə tutulmayıb. Mərkəzdə 4500 nəfər qonaq, 500 işçi, aşağıda 3500, yuxarı hissədə 1200 oturacaq olacaq.ANN.Az

Xəbər lenti