Bakıda bu yol qismən bağlanır - XƏBƏRDARLIQ

Bakıda bu yol qismən bağlanır - XƏBƏRDARLIQ
Aeroport şosesində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.Oxu.Az xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Aeroport şosesində Mərdəkan yol qovşağından Hava limanı yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən (2 zolaqda) məhdudlaşdırılacaq.Məlumata əsasən, sözügedən ərazidə yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan 18:00-a qədər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.ANN.Az

Xəbər lenti