Bakcell mobil imza xidmətinə start verir

Bakcell mobil imza xidmətinə start verir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Best Solutions” şirkəti ilə əməkdaşlıq çərçivəsində mobil imza (Asan imza) xidmətini istifadəyə verir. İndi Bakcell abunəçiləri bu xidmət vasitəsilə öz kimliklərini təsdiq edə, elektron xidmətlərə çıxa və onlardan istifadə edə bilərlər. 

Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “Asan imza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi “Bakcell”in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni “SİM kart” əldə edə bilər.

Hazırda “Asan imza” Vergilər Nazirliyinə aid olan vergi və başqa əməliyyat məqdəsləri üçün istifadə olunur. Lakin xidmət bununla məhdudlaşmayacaq, gələcəkdə “Asan imza”dan istifadə imkanları genişləndiriləcək. Fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları (və yaxud onları təmsil edən şəxslər) Bakcell müştəri xidmətləri mərkəzlərinə öz şəxsiyyət vəsiqələrini və müvafiq dövlət qurumlarından məktub gətirməlidirlər. Abunəçi “Asan imza”nın aktivləşdirildiyi SİM kartı əldə etdikdən sonra mobil imza sertifikatını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etməlidir. 

Mobil imza xidmətinin aktivləşdirilmə və xidmət qiymətləri: 

 

Sertifikat üçün 3 illik ödəniş

1 aylıq abunə

3 illik abunə

SİM dublikatı üçün ödəniş

Fiziki şəxslər üçün

30 AZN

0.50 AZN

12.99 AZN

3.54 AZN

Dövlət orqanları üçün

80 AZN

0.50 AZN

12.99 AZN

3.54 AZN

Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslərüçün

154 AZN

1 AZN

24.99 AZN

3.54 AZN

“Bakcell”in korporativ abunəçiləri “Asan imza” xidmətini aktivləşdirərkən SİM kartın dublikatını pulsuz əldə edə biləcəklər. 

“Biz mobil imza xidmətini Azərbaycanın telekommunikasiya sektoru üçün çox əhəmiyyətli bir gün olan “BakuTel 2013” sərgisində təqdim etməkdən məmnunuq. İndi Bakcell abunəçiləri “Asan imza” xidmətindən istifadə etməklə öz bizneslərinin səmərəliliyini artıra bilərlər. Bakcell öz biznes tərəfdaşlarına ən son texnologiyaları təqdim etməyi qarşısına məqsəd qoyub. Mobil imzanın istifadəsi asandır, o, istifadəçilər üçün təhlükəsiz və rahatdır. Biz inanırıq ki, bu xidmət vergi, maliyyə və digər əməliyyatları həyata keçirən Bakcell abunəçiləri üçün faydalı və rahat olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Asan imza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.  

***

Bakcell haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. 

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. 

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 299 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. 

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti