Bakı metrosunda hansı yeniliklər olacaq?

Bakı metrosunda hansı yeniliklər olacaq?
Bir neçə gün əvvəl Bakı Metropoliteni rəisinin yenisi ilə əvəzlənməsi burada müsbət yöndə dəyişikliklərin olacağına ümid yaradıb.Gözləntilər kifayət qədərdir - normal vəziyyətli qatarların istifadəyə verilməsindən tutmuş, intervalın azalmasına qədər.ANN.Az “Yeni Müsavat” qəzetinə istinadən xəbər verir ki, qəzetin əməkdaşı Bakı Metropoliteninə gedib və Zaur Hüseynov rəis təyin ediləndən sonra olan dəyişikliklərlə maraqlanıb. Qurumdan bildirildi ki, hələ təhvil-təslim işləri gedir:“Bu səbəbdən 15 gün heç bir müsahibə olmayacaq. Təhvil-təslim iki ay çəkir. Bu müddətdə hansısa dəyişikliyin, yeniliyin olması gözlənilən deyil. Əslində bu, müzakirə edilmir”.Tanrıverdi Mustafayev isə bildirir ki, Bakı Metropolitenində müsbət dəyişiklik və yenilik gözləməyə dəyər:“Zaur Hüseynov yüksək idarəetmə bacarığı olan şəxsdir. Onda cavabdehlik və məsuliyyət güclüdür. Bu da işin daha da yüksək alınmasında nəticəsini göstərir”.T.Mustafayevin sözlərinə görə, Z.Hüseynovun gəlişi ilə metropoliten qazanacaq:“Hər işdə bir uğur var. İnanıram ki, metropolitendə əsaslı və ciddi dəyişikliklər, müsbət işlər olacaq. Çünki metropoliten şəhərimizin ən çox sərnişindaşıma obyektidir. İnanıram ki, yeniliklərin şahidi olacağıq”.ANN.Az

Xəbər lenti