Bakı Metropolitenində iki yeni elektrik deposu tikilir

Bakı Metropolitenində iki yeni elektrik deposu tikilir

Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması, eləcə də yeni Bənövşəyi xəttin tikintisi çərçivəsində iki yeni elektrik deposu inşa olunur.

ANN.Az-ın Bakı Metropoliteninin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, metropolitenin inkişaf planında iki yeni deponun – “Dərnəgül” və “Xocasən” depolarının tikintisi nəzərdə tutulub.

Hazırda fəaliyyət göstərən xətdə yerləşən “Dərnəgül” deposunun tikintisi sürətlə davam etdirilir. Həmçinin Bənövşəyi xətt üzərində yerləşəcək “Xocasən” deposunun tikintisi çərçivəsində layihə işləri tamamlanmaq üzrədir və yaxın vaxtlarda əsas tikinti işlərinə başlanacağı gözlənilir.

Bu gün Bakı Metropoliteninin balansında cəmi bir elektrik deposu var.

ANN.Az

Xəbər lenti