Bakı metropolitenində daha bir dəyişiklik...

Bakı metropolitenində daha bir dəyişiklik...
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov metroda növbəti dəyişiklik barədə göstəriş verib.   "Bakı Metropoliteni” QSC-dən daxil olan məlumata görə, Zaur Hüseynov tabeliyindəki işçilərə metro vaqonlarındakı reklam və elanların tezliklə yığışdırılmasını tapşırıb. Göstərişə əsasən vaqonlardakı səsli reklam monitorları, reklam, elan və afişaların vurulduğu bütün şitlər qısa müddətdə ləğv olunacaq. Bir sözlə, tezliklə vaqonlarda heç bir reklama rast gəlinməməlidir.   Zaur Hüseynovun bu qərarının metro stansiyalarında yerləşdirilmiş reklamlara da aid edilib-edilməyəcəyinin hələ məlum olmadığı bildirilib.   Xatırladaq ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra qısa müddət ərzində metroda ticarət yığışdırlıb (“modern.az”). ANN.Az

Xəbər lenti