Bakı Metropoliteni iki yeni elektrik deposu tikir

Bakı Metropoliteni iki yeni elektrik deposu tikir

Bakı Metropolitenində "qırmızı" və "yaşıl" xətlərin ayrılması, eləcə də yeni "bənövşəyi" xəttin tikintisi çərçivəsində yaxın illərdə iki yeni elektrik deposunun inşasının başa çatdırılması planlaşdırılır.Trend-in metropolitenin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov deyib.T.Əhmədov qeyd edib ki, metropolitenin işinin təmin olunmasında elektrik depoları mühüm rol oynayır: "Əgər sərnişinlər üçün metropoliten stansiyalardan başlayırsa, metronun işinin təmin olunması da depodan başlayır".Məlumata görə, yaxın beş il ərzində metropolitenin inkişaf planında iki yeni deponun - "Dərnəgül və "Xocasən"in tikintisi nəzərdə tutulub.Əhmədovun qeyd etdiyi kimi, hazırda fəaliyyət göstərən xətdə yerləşən "Dərnəgül" deposunun tikintisi sürətlə aparılır. Öz növbəsində, tikilməkdə olan "bənövşəyi" xətt üzərində yerləşəcək "Xocasən" deposunun tikintisi çərçivəsində layihə işləri tamamlanır və yaxın vaxtlarda əsas tikinti işlərinə başlanacağı gözlənilir.Bu gün Bakı Metropoliteninin balansında cəmi bir elektrik deposu var.ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti