Bakı Fond Birjasına yeni sədr təyin edildi

Bakı Fond Birjasına yeni sədr təyin edildi
Bakı Fond Birjasının səhmdarlarının Ümumi Yığıncağında İdarə Heyətinin sədri Əmin Muradovun başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib. Birjadan “APA-Economics”ə verilən məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Fariz Əzizov BFB-nin İdarə Heyətinin yeni sədri təyin olunub.F.Əzizov 1978-ci il avqustun 15-də Bakıda anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və audit fakültəsini bitirib. Əmək fəaliyyətinə "Azal Sığorta" sığorta şirkətində başlayıb, 1999-2007-ci illərdə sığorta sahəsində müxtəlif vəzifələrdə, o cümlədən "Atasığorta" ASC-nin İH sədrinin müavini vəzifəsində çalışıb. 2007-2008-ci illərdə Böyük Britaniyada “Lancaster University Business School”da oxuyub və biznesin idarə edilməsi üzrə magistr dərəcəsini alıb. 2009-2011-ci illərdə Milli Depozit Mərkəzinin (MDM) İH sədrinin müavini, 2011-ci ilin aprelindən isə MDM İH-nin sədri vəzifəsində çalışıb. Evlidir, bir övladı var.ANN.Az

Xəbər lenti