Bakı Atıcılıq Mərkəzi Avropa Oyunlarına hazırlaşır - VİDEO

Bakı Atıcılıq Mərkəzi Avropa Oyunlarına hazırlaşır - VİDEO
Bütün Avropanın ən təcrübəli idmançıları tamamilə yeni və xüsusi məqsədlə tikilmiş Bakı Atıcılıq Mərkəzində öz qüvvələrini sınacaqlar. Təxminən 330 nəfər kişi və qadın idmançının ən yüksək ad uğrundakı mübarizəsi 7 gün davam edəcək. Medal qazanmağa namizəd şəxslər tüfəng, stend və güllə atıcılığı da daxil olmaqla, 19 fərdi və komanda yarışlarında medal qazanmaq imkanı əldə edəcəklər. 2016-cı il Rio Yay Olimpiya Oyunları üçün ümumilikdə cəmi 15 Olimpiya lisenziyası fərdi birincilik yarışlarının qaliblərinə təqdim olunacaq. Buna görə də, yarışların yüksək gərginlik ab-havasında keçəcəyi gözlənilir. Atıcılıq Mərkəzi təxminən 730 tamaşaçı tutumuna malikdir.Qeyd edək ki, Bakı 2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyul tarixlərində keçirilməklə, ümumilikdə 17 yarış gününü əhatə edəcək.Cəmilə İbrahimovaVideo: Elnur Nuriyev

ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti