"Azərsu" sosial şəbəkələr üzərindən xidmət göstərəcək

"Azərsu” ASC koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet üzərindən "Skype” proqramı vasitəsilə edilməsi üçün videoqəbul xidməti təşkil edib.

Qaynarinfo xəbər verir ki, bundan başqa ASC "WhatsApp" xidməti vasitəsilə də müraciətlərin qəbulu davam etdirilir.

Müraciətlərin operativ həllini təmin etmək məqsədilə hər bir sukanal idarəsi üzrə də "WhatsApp" nömrələri təyin edilib. Vətəndaşlar aşağıda qeyd olunan "Skype” ünvanları və "WhatsApp" nömrələri vasitəsilə həftə içi (1-ci – 5-ci günlər) birbaşa müraciət edə bilərlər.
 
S/s Rayon WhatsApp nömrələr Skype ünvanları
1 Sabunçu (+99455) 4577186 Sabuncu.Sukanal
2 Suraxanı (+99455) 4573952 Suraxani.Sukanal
3 Xəzər (+99455) 4572796 Xezer.Sukanal
4 Nizami (+99455) 4573974 Nizami.Sukanal
5 Nəsimi (+99455) 4577406 Nəsimi.Sukanal
6 Səbail (+99455) 4577253 Sebail.Sukanal
7 Yasamal (+99455) 4573332 Yasamal.Sukanal
8 Xətai (+99455) 4579466 Xatai.Sukanal
9 Nərimanov (+99455) 4573954 Narimanov.Sukanal
10 Binəqədi (+99455) 4575158 Binaqadi.Sukanal
11 Qaradağ (+99455) 4577785 Qaradağ.Sukanal
12 Abşeron (+99455) 4577746 Absheron.sukanal
13 Sumqayıt (+99455) 4579442 Sumqayit.Sukanal
14 Bağlar (+99455) 4577706 Baglar.Sukanal


Qeyd edək ki, şənbə və bazar günləri isə 955 Zəng Mərkəzinə, azersu.aparat1, azersu.aparat2, azersu.aparat3 "Skype” ünvanlarına, həmçinin (+99455) 209-95-59 "WhatsApp" nömrəsinə müraciət etmək xahiş olunur.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti