“Azərişıq” “Kral” şadlıq evinin işığını kəsdi (SƏBƏB)

“Azərişıq” “Kral” şadlıq evinin işığını kəsdi (SƏBƏB)
"Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən "Kral” şadlıq evində "Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər. 

Qurumdan Ann.az-a verilən məlumata görə, baxış zamanı müəyyənləşdirilib ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti  binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə, sayğacdan kənar üç ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib. 

Hazırda "Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.

"Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

 



www.ann.az

Xəbər lenti