“Azəriqaz” Salyan və Xaçmazda sosial aksiyalara start verdi (VİDEO)

“Azəriqaz” Salyan və Xaçmazda sosial aksiyalara start verdi (VİDEO)
20 sentyabr "Neftçilər Günü” peşə bayramı ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi tərəfindən sosial aksiyaya start verilib.

"Report”un məlumatına görə, layihəyə əsasən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin müraciətləri dinlənilib və problemləri yerindəcə həll olunub.

Müraciət edən şəxslərdən biri də Salyan rayonu Marışlı kənd sakini, Qarabağ veteranı, 2-ci qrup əlil Zahir Ələsgərov olub. O, müraciətində yeni tikilən mənzilində təbii qazın olmadığını bildirib. Daxil olan müraciət araşdırılıb və Qarabağ qazisi Zahir Ələsgərovun yaşadığı ünvana təbii qazın çəkilməsi işlərinə başlanılıb. Qısa müddət ərzində bütün lazımi işlər görülərək mənzil təbii qazla təmin edilib və sayğac quraşdırılıb.

Digər müraciət edən şəxs isə Xaçmaz rayon sakini, şəhid İlqar Məmmədovun atası Müzəffər Məmmədov olub. Şəhid atası yaşadığı evin qarşısından keçən qaz xəttinin ona həyətyanı ərazidə quraqlıq yerinin yaradılmasında mane olduğunu bildirib.

"Azəriqaz” İB-nin əməkdaşları müraciət olunan ünvana baş çəkiblər. Qapı keçidi yenilənərək yeri dəyişdirilib. Abonentin müraciət etdiyi bütün problemlər öz həllini tapıb.  


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti