“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürdü

“Azəriqaz” rəhbərliyi 1 aylıq maaşlarının 50%-ni koronavirusla mübarizəyə köçürdü
Dünyada yayılmış koronavirusun (COVID-19) Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bir çox dövlət qurumları, özəl sektorun nümayəndələri, ayrı-ayrı şəxslər bu Fonda müəyyən məbləğlərdə maliyyə vəsaitləri köçürürlər.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən Ann.az-a verilən məlumata görə, Birlik də bu təşəbbüsə qoşularaq strateji rəhbərlərin bir aylıq vəzifə əməkhaqqının 50%-i miqdarında (ümumilikdə 180 636 manat) vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti