Azercell yeni “Audio Kitablar” layihəsini təqdim etdi (R)

27 Noyabr 2018, 15:09
27 Noyabr
2018
15:09
300
Artıq mobil telefonda kitab oxumaq daha rahat olacaq. Çünki Azercell Telekom öz abunəçilərinə elektron kitabların həm də səsli versiyasını yükləmək imkanını yaradıb. Yeni "Audio Kitablar” ("Audiobook”) xidməti çərçivəsində geniş oxucu rəğbəti qazanmış kitablar səsli formatda hazırlanıb. Kitablar "Barama Media” mərkəzi tərəfindən Azərbaycan dilində səsləndirilib. İlk olaraq dünya və Azərbaycan klassik ədəbiyyatının tanınmış nümunələri istifadəçilərə təqdim edilib. Növbəti mərhələdə isə müasir ədəbiyyat nümunələrimizin də səsli versiyasının hazırlanması planlaşdırılıb.
26 Noyabr 2018-ci il tarixində "Audio Kitablar” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirə "Bookmate” şirkətinin baş direktoru Andrey Bayev, Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev, şair və yazar Qismət Rüstəmov kimi tanınmış simalar, qonaqlar və jurnalistlər qatılıb. "Azercell Telecom” MMC-nin prezidenti Vahid Mürsəliyev çıxışı zamanı müasir cəmiyyətdə mütaliə mədəniyyətinin təbliğ olunmasının vacibliyindən, bu zəmində "Bookmate” və "Audio Kitablar” xidmətlərinin rolundan danışıb. O, həmçinin qeyd edib ki, müsair dövrün tələblərinə cavab verən, yaradıcılıq və internetin birgə ahəngini özündə birləşdirmiş bu xidmətlər həm məşhur ədəbiyyat nümunələrimizin, həm də müasir yaradıcılığın tanıdılmasında müstəsna rol oynayacaq. Tədbir Pantomim teatrının bədii nömrələri ilə müşayiət olunub.
"Audio Kitablar” xidməti Azercell şirkətinin Bookmate layihəsi çərçivəsində təqdim olunur. Bu xidmətin köməyilə mobil cihaz istifadəçiləri asudə vaxtlarında məkandan asılı olmayaraq istənilən yerdə arzuladıqları kitabları dinləyə bilərlər. Xidmətin məqsədi gənc nəslə ədəbiyyata marağı aşılamaq, doğma dilimizdə ədəbi kontentin geniş müstəvidə təbliğ olunmasına dəstək olmaqdır.
Qeyd edək ki, "Bookmate” – mobil telefonla yanaşı, istənilən elektron cihaz üzərindən kitabların oxunmasını mümkün edən bir xidmətdir. Tətbiq dünyanın 12 dilində ədəbi, elmi, bədii və digər janrları əhatə edən 850 mindən çox kitabı özündə cəmləyib. Bu populyar beynəlxalq platformaya abunəliyi ölkəmizdə Azercell şirkəti təqdim edir. Bu kitabxana oxucuları, müəllifləri, nəşriyyatları, brendləri və yayım şirkətlərini bir araya gətirir. "Bookmate”-də aktiv oxucular tanış olduqları kitablar barədə rəy yazır, digərlərinə də maraqlı əsər tapmaqda yardımçı olurlar.
Xidmətin ən mühüm üstünlüklərindən biri də kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitab cihaza yox, abunəçinin şəxsi kitabxanasına əlavə edilir. Ona görə də kitabları istənilən vaxt, istənilən yerdə və istənilən cihazdan oxumaq mümkündür. Onu da qeyd edək ki, əlavəni yükləyən hər bir yeni abunəçi "Bookmate”-dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Xidmət haqqında ətraflı məlumatı və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.





www.ann.az
Xəbər lenti
-
17:03Vergilər Nazirliyindən 21 milyonluq sanksiya
-
16:37XİN-dən Elşad İskəndərovla bağlı bəyanat
-
16:12İlham Əliyev: “Tədricən məqsədimizə çatmışıq”
-
14:48Seysmoloji Mərkəzdən açıqlama: Sabah 8 bal gücündə zəlzələ olacaq?
-
14:34Prezident teatr binasının təmirinə pul ayırdı
-
14:22Elçin Mustafayev: “Mayesiz qalan insanlarda böyrək daşının əmələ gəlmə ehtimalı olduqca yüksəkdir”
-
14:01Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu
-
13:29İlham Əliyev bir sıra görüşlər keçirib (FOTOLAR)
-
13:15AZAL-ın təyyarəsi Ankaraya məcburi eniş etdi
-
13:13Sabah güclü külək əsəcək
-
12:22Ayağının amputasiya olunacağı deyilən Ramiz Əzizbəylidən şad xəbər (FOTOLAR)
-
11:40Martda bayramlarla əlaqədar 10 gün iş olmayacaq
-
10:56ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
-
10:36Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər
-
10:12Azərbaycan nefti ucuzlaşdı
-
10:09Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçirilir
-
10:01Ramil Usubov yeni rəis təyin etdi
-
10:00Azərbaycan yenidən İsrailin kamikadze PUA-larını alır
-
09:23Balakəndə qəribə olay: Yaşayır, amma ölmüş kimi qeydiyyatdadır (VİDEO)
-
18:18Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır (R)
-
17:11Ramil Usubov Türkiyədə səfərdədir (VİDEO)
-
16:46Temperatur Bakıda 0 dərəcəyə enəcək, yollar buz bağlayacaq (AÇIQLAMA)
-
15:39Prezident nazir müavini təyin etdi
-
14:44İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi (FOTO)
-
14:37Sergey Lavrov: "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır"
-
13:31Bu şəxslərin pensiyası 30 faiz artacaq
-
13:11Qar sabah da davam edəcək, şaxta olacaq
-
12:23İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul etdi
-
12:09Qarlı hava şəraiti nə qədər davam edəcək? (AÇIQLAMA)
-
11:38Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11 sm qar yağıb - FAKTİKİ HAVA
-
11:30Bölgələrdə gənc könüllülər “Report”un fəaliyyətinə cəlb edilir (FOTO/VİDEO)
-
10:39Ramil Usubov generalın oğluna yüksək vəzifə verdi
-
10:23Prezidentin sakinlərlə səmimi söhbəti (VİDEO)
-
10:16Azərbaycanlı musiqiçi Avstriyada evləndi (FOTOLAR)
-
10:11Bakıda Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi qrupun ilk iclası başlayıb
-
10:00Bu yollarda 30 santimetr qar var - Hərəkət dayanıb
-
09:31Azərbaycanda 17 nəfərdə “donuz qripi” virusu aşkarlanıb (RƏSMİ)
-
17:59"Buta Airways"ın təyyarəsində nasazlıq yaranıb
-
17:27DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq etdi
-
17:20Prezident büdcədən Sumqayıta pul ayırdı
19 Fevral 2019
18 Fevral 2019
Digər xəbərlər
-
Mədəniyyət, Fotolar
Azərbaycanlı musiqiçi Avstriyada evləndi (FOTOLAR)
-
Mədəniyyət, Fotolar, Qaynari.nfo
Məşhurlar Leyla Əliyeva ilə bir arada (FOTOLAR)
-
Mədəniyyət, Fotolar, Vİdeo, Qaynari.nfo
Leyla Əliyevanın şeirinə klip çəkildi: Natiq Əliyevin nəvəsi oxudu (FOTO/VİDEO)
-
Mədəniyyət, Fotolar, Qaynari.nfo
Amerikalıları heyrətləndirən azərbaycanlı rəssam - Məşhur nəslin davamçısı
-
Mədəniyyət, Fotolar
"Qızıl Qlobus"un qalibləri müəyyənləşdi (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
Arzu Əliyeva “Miras”ın təqdimat mərasimində (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
Prezident və ailəsi Tahir Salahovun sərgisində (FOTOLAR)
-
Mədəniyyət, Fotolar
Azercell yeni “Audio Kitablar” layihəsini təqdim etdi (R)
-
Mədəniyyət, Fotolar, Vİdeo
Amalya Pənahova dəfn olunub (YENİLƏNİB/FOTO/VİDEO)